Yerdəyişmə edən şagirdlərin sayı açıqlanıb

Cəmiyyət Materials 2 İyun 2026 10:55 (UTC +04:00)
Yerdəyişmə edən şagirdlərin sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə məktəblərində şagirdlərin elektron yerdəyişməsi üzrə sorğusu təsdiqlənən şagirdlərin sayı açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2025-2026-cı tədris ilində şagirdlərin yerdəyişməsi elektron sistemi vasitəsilə 146 min nəfərə yaxın şagirdin sorğusu təsdiqlənib.

Qeyd edək ki, 26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

5 iyun 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Xəbər lenti

Xəbər lenti