Bakı.Trend:
Azərbaycan və Ukrayna bütün enerji növləri üçün Ukraynadan Avropaya açılan qapı kimi istifadə olunması məsələsini müzakirə edirlər.
Trend xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında Ukraynanın Energetika naziri Denis Şmıqal bildirib.
“Hazırda əsas diqqətimiz həm elektroenergetika, həm də qaz sektoru üzrə iri Avropa bazarı ilə interkonnektorların inkişafına yönəlib.
Bu kontekstdə Azərbaycan və Türkiyə ilə çox yaxşı əməkdaşlığımız mövcuddur və Ukraynanın böyük qaz anbarları və güclü elektrik şəbəkəsi sayəsində bütün enerji növləri üçün Avropaya açılan qapısı kimi istifadəsi ilə bağlı danışıqlar aparılır”, – deyə o qeyd edib.
Şmıqal həmçinin vurğulayıb ki, müharibə şəraitində dayanıqlığın artırılması üçün elektrik enerjisi istehsalı sisteminin mərkəzsizləşdirilməsi son dərəcə vacibdir.
