Bakı. Trend:
Kamboca Kralı Norodom Sihamoni Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi, Sizə cansağlığı, şəxsi rifah, xalqınıza isə tərəqqi və firavanlıqla bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Mən Kamboca Krallığı ilə Azərbaycan Respublikası arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, bu əlaqələr qarşıdakı illərdə ölkələrimizin və xalqlarımızın qarşılıqlı faydası naminə daha da inkişaf edəcək.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
