Kobaxidze Zakir Həsənovla regional təhlükəsizlik məsələlərini müzakirə edib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 1 İyun 2026 11:13 (UTC +04:00)
Kobaxidze Zakir Həsənovla regional təhlükəsizlik məsələlərini müzakirə edib (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstanın Tbilisi şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri cənab İrakli Kobaxidze ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovaninin də iştirak etdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin regionda sülhün və sabitliyin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb, Gürcüstan və Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

xxx

10:42

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşüb.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri sosial şəbəkə hesabında paylaşım edib.

Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb, müdafiə sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Həmçinin regionda sülh və sabitliyin qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti