Xviça Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçilib

İdman Materials 31 May 2026 22:20 (UTC +04:00)
Xviça Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın "Pari Sen-Jermen" futbol klubunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.

Trend-in məlumatına görə, bu barədə turnirin mətbuat xidməti bildirib.

Qeyd edək ki, PSJ 2025/26 mövsümündə Çempionlar Liqasının qalibi olub. Finalda parislilər İngiltərənin "Arsenal" klubunu penaltilərdə 4-3 hesabı ilə məğlub ediblər (əsas və əlavə vaxtdan sonra hesab 1-1 olub).

Kvaratsxeliya turnirdə 16 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti