Tehran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayır

Dünya xəbərləri Materials 1 İyun 2026 13:32 (UTC +04:00)
Tehran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

NATO-nun Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazında hər hansı müdaxiləsi vəziyyətin daha da mürəkkəbləşməsi ilə nəticələnəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (1 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məsuliyyətini dərk edən və məntiqli olan heç bir oyunçu belə bir riskə getməyəcək.

“NATO və bu alyansa üzv ölkələr öz məsuliyyətləri çərçivəsində ABŞ və İsraili xəbərdar etməlidirlər. Çünki onlar bu vəziyyətin əsas səbəbkarlarıdır. ABŞ və İsrailin İrana hücumundan öncəyə qədər Hörmüz boğazından keçid normal şəkildə həyata keçirilirdi”, - deyə o qeyd edib.

Bəqai qeyd edib ki, hazırda İran beynəlxalq hüquqa əsasən sahilyanı ölkə olaraq Hörmüz boğazının təhlükəsizliyini və öz milli mənafeyini təmin etmək üçün lazımi tədbirlər görməkdə haqlıdır.

Bəqai əlavə edib ki, İran digər sahilyanı ölkənin iştirakı ilə Hörmüz boğazından keçid üçün mexanizm hazırlayacaq ki, həm gəmilərin təhlükəsiz keçidinə şərait yaransın, həm də başqa tərəflərin Hörmüz boğazının İrana zərbə vurmaq üçün sui-istifadə edə biləcək məkana çevrilməyəcəyinə əminlik yaransın.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti