ABŞ ordusu İranın PUA idarəetmə mərkəzlərinə zərbələr endirib

Dünya xəbərləri Materials 1 İyun 2026 07:55 (UTC +04:00)
ABŞ ordusu İranın PUA idarəetmə mərkəzlərinə zərbələr endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusu İranın radar və pilotsuz uçuş aparatlarının idarəetmə məntəqələrinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.

"CENTCOM İranın Qaruk və Qejm adalarındakı radar və komandanlıq obyektlərinə qarşı özünümüdafiə zərbələri endirib", - deyə bildirilib.

Qeyd edilib ki, zərbələr 30 və 31 may tarixlərində endirilib və İranın ABŞ-a məxsus "MQ-" pilotsuz uçuş aparatının vurulmasına cavab olaraq həyata keçirilib.

"ABŞ qırıcı təyyarəsi tez bir zamanda cavab verərək İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə stansiyasını və iki kamikaze pilotsuz uçuş aparatını məhv edib", - deyə Komandanlıq əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti