Bakı. Trend
ABŞ Silahlı Qüvvələri İran limanına gedən daha bir ticarət gəmisini sıradan çıxarıb.
Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən xəbər verib.
Qambiya bayrağı altında üzən "Lian Star" yük gəmisi ABŞ ordusunun bir neçə xəbərdarlığına məhəl qoymadığı və daha sonra gəmini hərəkətsiz vəziyyətə gətirmək üçün təyyarələrdən istifadə etdiyi bildirilib.
Yük gəmisinə ABŞ hərbçiləri daxil olmayıb. Agentlik bildirib ki, gəmi hazırda Oman körfəzində üzür.