Çin peyk interneti texnologiyalarının sınağı üçün aparatı orbitə çıxarıb

Telekommunikasiya Materials 31 May 2026 00:32 (UTC +04:00)
Çin peyk interneti texnologiyalarının sınağı üçün aparatı orbitə çıxarıb

Bakı. Trend:

Çinin “Çançjen-2D” ("Long March 2D") daşıyıcı raketi peyk interneti texnologiyasının sınaqları üçün nəzərdə tutulmuş aparatı orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə "CCTV" telelviziya kanalı xəbər verib.

Məlumata əsasən, raketin buraxılışı bazar günü Pekin vaxtı ilə saat 2:07-də ​​Çinin cənub-qərbindəki Siçuan vilayətindəki Siçan kosmodromundan həyata keçirilib. Peyk təyin olunmuş orbitə uğurla daxil olub.

Bu, peykdən mobil cihazlara birbaşa genişzolaqlı bağlantılar və yerüstü və peyk şəbəkələrinin inteqrasiyası da daxil olmaqla texnologiyaların sınaqdan keçirilməsi və təsdiqlənməsi üçün istifadə olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti