Kolumbiya seçkilərinin ikinci turuna müxalifət namizədi və prezident tərəfdarı keçib

Dünya xəbərləri Materials 1 İyun 2026 07:48 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiyada bazar günü keçirilən prezident seçkilərinin birinci turunda ifrat sağçı vəkil Abelardo de la Espriella liderlik edir.

Trend-in məlumatına görə, ikinci turda o, mərkəz-solçu prezident Qustavo Petronun dəstəklədiyi senator İvan Sepeda ilə qarşılaşacaq.

Kolumbiya Vətəndaşlıq vəziyyəti aktlarının Milli reyestrinin saytında bildirilib ki, səslərin 99,97%-i sayılıb və müxalifət namizədi Espriella 43,7 faiz (10,3 milyondan bir qədər çox), Cepeda isə 40,9 faiz (təxminən 9,6 milyon) səs toplayıb.

rezident Qustavo Petro ilkin nəticələri qəbul etmədiyini bildirdi. "Prezident olaraq, Bautista qardaşlarının özəl firmasının ilkin nəticələrini qəbul etmirəm", - deyə o "X" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, hesablama alqoritmləri həftədə üç dəfə dəyişdirilib və sistemə rəsmi siyahıdan kənar 800 000 identifikasiya nömrəsi əlavə edilib.

O, yalnız Milli Seçki Şurası tərəfindən aparılan rəsmi auditin nəticələrini nəzərdən keçirəcəyini və qəbul edəcəyini bildirdi.

Xəbər lenti

Xəbər lenti