Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında liderliyə yüksəliblər

İdman Materials 31 May 2026 16:52 (UTC +04:00)
Azərbaycanın stolüstü tennisçiləri Avrasiya Liqasında liderliyə yüksəliblər

Bakı. Trend:

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqasında uğurlu çıxışı davam etdiriblər.

Trend Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova və Aylin Əsgərovadan ibarət komanda ikinci turun Astanada keçirilən 8 görüşunü də qələbə ilə başa vurub.

Rüstəm Hacılı, Adil Əhmədzadə və Onur Quluzadədən ibarət heyət isə gənclərdən ibarət yığma komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Taraz şəhərində keçirilən 7 qarşılaşmanın hamısında qələbə qazanıb.

İki turun nəticələrinə əsasən, hər iki komanda 12 kollektivin mübarizə apardığı turnir cədvəlinin zirvəsinə yüksəlib. Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan və Qırğızıstan idmançılarının qatıldığı yarışın növbəti turları sentyabr və dekabrda təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti