Kolumbiyada prezident seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 31 May 2026 03:22 (UTC +04:00)

Bakı. Trend:

Kolumbiyada prezident seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da açılacaq və saat 16:00-a qədər açıq qalacaq.

Məlumata əsasən, ölkənin ən yüksək vəzifəsi uğrunda on bir siyasətçi mübarizə aparır. Son sorğulara görə, yarışda liderlər hakim solçu "Tarixi Pakt" partiyasının namizədi İvan Sepeda, ifrat sağçı iş adamı Abelardo de la Espriella və mərkəz-sağ "Demokratik Mərkəz" partiyasının nümayəndəsi Paloma Valensiyadır.

Birinci turda qalib gəlmək üçün namizəd mütləq səs çoxluğunu — 50% üstəgəl bir səs toplamalıdır. Əks halda, ikinci tur iyunun 21-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti