Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək

İdman Materials 31 May 2026 11:43 (UTC +04:00)
Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək

Bakı. Trend:

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək.

Trend Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkənin ən güclü və sərrast atıcıları bir araya gələcək.

Turnirdə idmançılar böyüklər və U-21 gənclər kateqoriyaları üzrə stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində mübarizə aparacaqlar.

Yarış iştirakçıları fərdi və komanda hesabında qalibləri müəyyənləşdirmək üçün hədəfləri nişan alacaqlar. Final mərhələləri isə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) son yenilənmiş qaydalarına uyğun keçiriləcək.

Qeyd edək ki, turnir iyunun 2-dən 6-dək Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti