Bakı. Trend:
Rəsmi Tehran və Vaşinqton arasında mümkün razılaşmanın bir hissəsi olaraq, Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası İrana 60 gün ərzində bloklanmış 12 milyard dollarlıq aktivlərinə çıxış imkanı verməyi öhdəsinə götürüb.
Trend-in məlumatına görə, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, bu, iki ölkə arasında Pakistanın vasitəçiliyi ilə hazırlanmış və hələlik qeyri-rəsmi sənəd olan 14 bəndlik Anlaşma memorandumunda nəzərdə tutulub.
Sənədin ən vacib bəndlərindən biri isə Hörmüz boğazında tranzit qaydalarının yenidən müəyyən edilməsidir. Belə ki, İran boğazdan keçəcək gəmilərin xüsusiyyətlərini müəyyənləşdirmək üçün müstəsna səlahiyyətə malik olacaq.
