Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət Materials 31 May 2026 00:07 (UTC +04:00)
Masazırın bir hissəsində işıq olmayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 31-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kilovoltluq “Masazır” yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti