32 yaşımda tərk etdiyim kəndə 34 yaşlı oğlumla qayıtmışıq - Böyük Qaladərəsi kənd sakini

Cəmiyyət Materials 29 May 2026 12:19 (UTC +04:00)
32 yaşımda tərk etdiyim kəndə 34 yaşlı oğlumla qayıtmışıq - Böyük Qaladərəsi kənd sakini
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

“32 yaşımda Böyük Qaladərəsini tərk etmişdim, bu gün isə 34 yaşlı oğlumla birlikdə doğma kəndimizə qayıtmışıq”.

Bunu Şuşanın Böyük Qaladərəsi kənd sakini Nurəddin Cabbarov Trend-in Qarabağ bürosuna açıqlamasında deyib.

O bildirib ki, illər sonra ata-baba yurduna dönüş ailəsi üçün unudulmaz hissdir. N.Cabbarov xüsusilə oğlunun toy mərasiminin doğma kənddə keçiriləcək olmasının ona böyük sevinc yaşatdığını vurğulayıb.

“İşğal dövründə ailəmlə birlikdə müxtəlif rayonlarda məskunlaşmışdıq. Beyləqan, Xızı, Ağcabədi, İsmayıllı və Bakının ayrı-ayrı ərazilərində yaşadıq. Uzun illər həsrətində olduğumuz kəndimizə nəhayət geri dönmüşük. Ən böyük arzumuz bundan sonra öz yurdumuzda sakit və firavan həyat sürməkdir”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti