Rusiya dronu NATO ölkəsində binaya çırpılıb - yaralılar var

Dünya xəbərləri Materials 29 May 2026 09:23 (UTC +04:00)
Rusiya dronu NATO ölkəsində binaya çırpılıb - yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

NATO-nun üzv dövlətlərindən olan Rumıniyada hava məkanını pozan xarici pilotsuz uçuş aparatının yaşayış binasına çırpılması nəticəsində azı 2 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA Rusiya Federasiyasına məxsus olub.

“Mayın 28-dən 29-a keçən gecə, Rusiya Rumıniya sərhədi yaxınlığında Ukraynanın mülki və infrastruktur hədəflərinə PUA hücumlarını davam etdirib. Həmin dronlardan biri Rumıniyanın hava məkanına daxil olub”, - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, dron yaşayış binasının damına düşüb və yanğına səbəb olub. İki nəfərin yaralandığı qeyd edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti