Bakı. Trend:
İran və ABŞ arasında aparılan danışıqların hazırkı mərhələsində nüvə materiallarının İslam Respublikasından çıxarılması məsələsi müzakirə olunmur.
Trend xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Kani “İzvestiya”ya bildirib.
“Mən deyə bilərəm ki, hazırda gündəlikdə duran məsələ müharibənin başa çatdırılmasıdır. Digər mövzular, o cümlədən materialların çıxarılması ilə bağlı heç bir məsələni müzakirə etmirik”, - deyə o bildirib.
Əli Baqeri Kani həmçinin qeyd edib ki, diplomatik proses artıq uzun müddətdir davam edir, lakin onun yekun nəticəsi birbaşa Vaşinqtonun mövqeyi və praqmatizmindən asılıdır.
