Bakı. Trend:
İran Silahlı Qüvvələri ölkənin cənub bölgələrindən bir sıra raketlər atıb.
Trend-in məlumatına görə, bu barədə "Fars" agentliyi xəbər verib.
Məlumata əsasən, raketlərin dəqiq hansı hədəflərə atıldığı məlum deyil.
Lakin agentlik mənbələrə istinadən "Fars körfəzi sularında toqquşma" riskinin olduğunu bildirir.
