Azərbaycandan İtaliyaya təbii qaz ixracının həcmi açıqlanıb

Energetika Materials 27 May 2026 17:24 (UTC +04:00)
Azərbaycandan İtaliyaya təbii qaz ixracının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 844,370 milyon ABŞ dolları dəyərində 2,128 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 353,1 milyon ABŞ dolları və ya 29,5%, həcminə görə isə 161,1 milyon kubmetr və ya 7% azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% az, həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk rübündə Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları dəyərində 134,3 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana xaricdən təbii qaz idxalı dəyər ifadəsində 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti