Mərakeş millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb

İdman Materials 27 May 2026 12:11 (UTC +04:00)
Mərakeş millisinin dünya çempionatı üçün yekun heyəti açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mərakeş millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Trend xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

Baş məşqçi heyətə 26 futbolçu cəlb edib.

Qapıçılar: Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), Munir Əl-Kacui (“Renessans de Berkane”), Əhməd Reda Tanyauti (“FAR”).

Müdafiəçilər: Nussair Mazraui (“Mançester Yunayted”), Anass Salah-Eddin (PSV), Yussef Bellamari (“Raca”), Nayef Agerd (“Marsel”), Çadi Riyad (“Kristal Pelas”), İssa Diop (“Fulhem”), Reduan Xalxal (“Mexelen”), Aşraf Hakimi (PSJ), Zakariya Əl-Uahdi (“Genk”).

Yarımmüdafiəçilər: Samir Əl-Murabet (“Strasbur”), Ayub Buaddi (“Lill”), Nil Əl-Aynaui (“Roma”), Sofyan Amrabat (“Betis”), Azzedin Unahi (“Jirona”), Bilal Əl-Hannuss (“Ştutqart”), İsmail Saybari (PSV).

Hücumçular: Ez Abde (“Betis”), Şemsdin Talbi (“Sanderlend”), Sofyan Rahimi (“Əl-Ayn”), Ayub Əl-Kaabi (“Olimpiakos”), Brahim Dias (“Real” Madrid), Yassin Gessimi (“Strasbur”), Ayube Amaimuni (“Ayntraxt”).

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundial iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Mərakeş millisi DÇ-2026-nın C qrupunda Braziliya, Haiti və Şotlandiya ilə üz-üzə gələcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti