TOMA təşəbbüsü çərçivəsində Bakıda qobelen və tekstil sənəti üzrə beynəlxalq müsabiqə elan edilib

Cəmiyyət Materials 28 May 2026 10:35 (UTC +04:00)
TOMA təşəbbüsü çərçivəsində Bakıda qobelen və tekstil sənəti üzrə beynəlxalq müsabiqə elan edilib

Bakı. Trend:

TOMA təşəbbüsü çərçivəsində Bakı şəhərində qobelen və tekstil sənəti üzrə beynəlxalq müsabiqə elan olunub.

TOMA — professor Tamilla Məmmədovanın xatirəsinə yaradılmış, qobelen və müasir tekstil sənətinə həsr olunmuş beynəlxalq təşəbbüsdür.

Təşəbbüsün məqsədi tekstil sənətini müasir bədii düşüncənin aktual istiqamətlərindən biri kimi yenidən təqdim etmək, ənənə ilə innovasiyaları, sənətkarlıqla elm yanaşmaları bir araya gətirmək, onlar arasında körpü yaratmaqdır.

Qobelen sənətinə həsr olunmuş beynəlxalq təşəbbüsün təqdimatı çərçivəsində rəssamları, dizaynerləri və tekstil sənəti sahəsində çalışan müəllifləri bu beynəlxalq müsabiqədə iştirak etməyə dəvət edirik.

Müsabiqə haqqında

Qobelen Dünyası

Tamilla Məmmədovanın xatirəsinə

TOMA — tekstil və qobelen sənətinə həsr olunmuş beynəlxalq mədəni təşəbbüsdür.

Professor Tamilla Məmmədovanın xatirəsinə yaradılan layihə ənənəvi tekstil düşüncəsi ilə müasir incəsənət arasında dialoq genişlləndirməyi hədəfləyir. TOMA qobeleni yalnız dekorativ sənət kimi deyil, yaddaş, material, məkan və müasir vizual mədəniyyətlə əlaqəli canlı bədii ifadə forması kimi təqdim edir.

2026-cı ildə Bakıda keçiriləcək ilk buraxılış sərgi, forum və beynəlxalq müsabiqə formatında baş tutacaq və yerli ilə beynəlxalq iştirakçıları bir araya gətirəcək.

Beynəlxalq münsiflər heyəti iştirakçıları aşağıdakı meyarlar əsasında qiymətləndirəcək:

• bədii yanaşmanın orijinallığı və peşəkarlığı

• qobelenin ifadə vasitəsi kimi dərk olunması və materialla işləmə mədəniyyəti

• ənənəvi tekstil düşüncəsinin müasir incəsənət kontekstində inkişaf etdirilməsi

Seçilmiş müəlliflərin əsərləri 8 iyun 2026-cı ildə Bakıda keçiriləcək əsas sərgidə nümayiş olunacaq. Layihə çərçivəsində ilk üç yer üzrə pul mükafatları, beynəlxalq sərgilərdə iştirak imkanları, gələcək əməkdaşlıq və simpozium layihələrinə qoşulmaq perspektivi, həmçinin kuratorlar və incəsənət institutları arasında beynəlxalq görünürlük təqdim olunacaq.

İştirak üçün ətraflı şərtlər təqdim olunan linkdə mövcuddur.

Xəbər lenti

Xəbər lenti