Azərbaycan və Kuba çoxtərəfli platformalarda əməkdaşlıq perspektivlərini müzakirə ediblər (FOTO)

Siyasət Materials 26 May 2026 23:07 (UTC +04:00)
Azərbaycan və Kuba çoxtərəfli platformalarda əməkdaşlıq perspektivlərini müzakirə ediblər (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Kuba Respublikasının xarici işlər naziri Bruno Eduardo Rodrigez Parrilya ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, görüş zamanı münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, son illər ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika ətrafında müzakirələr aparılıb.

Ölkələrimiz arasında tarixi və mədəni əlaqələrin mövcud olduğu qeyd edilib, təhsil və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, iki ölkə arasında çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı (NAM) və Karib Hövzəsi Birliyi (CARICOM) çərçivəsində əməkdaşlıq perspektivləri və Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi barədə müzakirələr aparılıb. Ölkəmiz tərəfindən Kubaya edilən humanitar yardıma və təhsil təqaüdlərinə görə təşəkkür ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, o cümlədən Karib hövzəsində və Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti