Bakı. Trend:
2030-cu ilə qədər Azərbaycanda adambaşına düşən sığorta haqqının 220 manata çatdırılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, 2025-ci ildə bu rəqəm 147 manata bərabər olub.
Bundan başqa, sənədə əsasən, 2030-cu ilədək ölkədə unikal sığorta müqaviləsi sahiblərinin ümumi sayının (həyat və qeyri-həyat üzrə) yetkin əhalinin sayında 32%-ə çatdırılması hədəflənir. Ötən il bu rəqəm 25% olub.
