Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 26 May 2026 16:38 (UTC +04:00)
Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi təbrik edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub.

"28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bir neçə həftə əvvəl telefon danışığımız zamanı qeyd etdiyim kimi, Almaniya ikitərəfli münasibətləri daha da genişləndirməkdə olduqca maraqlıdır. Çoxsaylı həll olunmamış münaqişələr, getdikcə sürətlənən iqlim dəyişikliyi və yeni geosiyasi gərginliklərlə səciyyələnən bu dövrdə biz birlikdə mühüm çağırışlarla üzləşirik.

Bu baxımdan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş xüsusilə ruhlandırıcıdır. Sizin regionda qalıcı sülhün bərqərar olması yolundakı səylərinizin tezliklə davamlı uğur qazanmasını arzu edirəm.

Azərbaycan xalqını milli bayram münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə ən səmimi arzularımı çatdırıram".

Xəbər lenti

Xəbər lenti