Bu marşrut hər kəs üçün vacib idi - Tbilisiyə gedən sərnişin

Cəmiyyət Materials 25 May 2026 22:44 (UTC +04:00)
Bu marşrut hər kəs üçün vacib idi - Tbilisiyə gedən sərnişin
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan istiqamətində qatar marşrutunun bərpasını yüksək qiymətləndirən veteran Telman Kazımov bunun iki ölkədə yaşayan ailələr və qohumlar üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Trend xəbər verir ki, o, səfərdən öncə jurnalistlərə açıqlamasında Azərbaycan və Gürcüstan arasında ailə bağının güclü olduğunu qeyd edib:

“Gürcüstanın yarısı buradadır, azərbaycanlıların da yarısı oradadır. Kimsə qız verib, qız alıb, qohumlarımız orada-buradadır. Bu marşrut çox vacib idi”.

Veteran marşrutun açılmasına görə dövlət rəhbərliyinə təşəkkür edib və bunu iki ölkə arasındakı dostluğun davamı kimi qiymətləndirib:

“Ulu öndər Heydər Əliyev böyük dostluq yaratdı. Bu gün də dövlət başçıları həmin dostluğu davam etdirirlər”.

O, pandemiyadan əvvəl sonuncu dəfə qatarla səfər etdiyini də xatırladıb.

Telman Kazımov bildirib ki, bu yol yalnız nəqliyyat deyil, həm də mədəni və ailə bağlarının qorunması baxımından mühüm rol oynayır:

“Bu yol böyük bir mədəniyyətdir, babalarımızdan, nənələrimizdən qalan irsdir. İnanıram ki, hər kəs bu yoldan istifadə edəcək”.

Xəbər lenti

Xəbər lenti