Manatın dövretmə sürəti açıqlandı

İqtisadiyyat Materials 25 May 2026 16:27 (UTC +04:00)
Manatın dövretmə sürəti açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mayın 1-nə olan vəziyyətə görə, Azərbaycanın milli valyutası olan manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.

Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin aprelin 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,37 bənd və ya 11,1 faiz azdır.

Belə ki, cari ilin aprelin 1-nə manatın dövretmə sürəti 2,96 bənd, ötən ilin mayın 1-d-ə isə 3,33 bənd təşkil edib.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, son 17 ildə manatın dövretmə sürətinin ən aşağı göstəricisi 2015-ci ilin yanvar ayının yekunlarına görə qeydə alınıb və 2,68 bənd təşkil edib. Ən yüksək göstərici isə 2005-ci ildə müşahidə olunub — 15,72 bənd.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti