Bakı.Trend:
Azərbaycanın bank sektoru aprel ayında 438,5 milyon manat məbləğində xalis mənfəət əldə edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 98,7 milyon manat və ya 29 faiz çoxdur.
Eyni zamanda, hesabat dövründə bankların əməliyyat mənfəəti 658,7 milyon manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 94,3 milyon manat və ya 16,7 faiz çoxdur.
Qeyd olunur ki, cari ilin ilk dörd ayı ərzində banklar tərəfindən ümumilikdə 104,2 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
