İtaliya Azərbaycandan neft idxalını artırıb

Energetika Materials 25 May 2026 16:09 (UTC +04:00)
İtaliya Azərbaycandan neft idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 2,531 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan 4,766 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici pul ifadəsində 82 milyon ABŞ dolları (3,3 faiz )artıb, fiziki həcm baxımından isə 377 min ton (8,6 faiz) çoxalıb.

Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 2,449 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 4,389 milyon ton neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövrü ərzində İtaliya Azərbaycan nefti idxal edən ölkələr arasında birinci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti