Tramp İranla bağlanacaq saziş haqda danışıb

Dünya xəbərləri Materials 25 May 2026 14:47 (UTC +04:00)
Tramp İranla bağlanacaq saziş haqda danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla bağlana biləcək hər hansı yeni saziş 2015-ci ildə 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) ilə Tehran arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP /JCPOA) tam əksi olacaq.

Trend xəbər verir ki, Tramp bu barədə "Truth Social"da paylaşım edib.

“İranla saziş ya möhtəşəm və əhəmiyyətli olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu, Barack Obama administrasiyası tərəfindən bağlanmış fəlakət dolu BHFP-nin tam əksi olacaq”,- deyə o yazıb.

“(BHFP) İranın nüvə silahı əldə etməsi üçün birbaşa və açıq yol idi. Xeyr, mən belə sazişlər bağlamıram!” – deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti