Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Siyasət Materials 25 May 2026 11:00 (UTC +04:00)
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda qeyd olunub:

"Əlahəzrət,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti