Bakı. Trend:
Almaniya Kubokunun finalında "Bavariya" futbol "Ştutqart"ı 3:0 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, hər üç qolu ikinci hissədə Harri Keyn vurub.
"Bavariya" turnir rekordunu yeniləyərək 21-ci dəfə Almaniya Kubokunu qazanıb. Komanda 2020-ci ildən bəri bu yarışda qalib gələ bilməyib.
"Bavariya"nın qapıçısı Manuel Noyer yeddinci dəfə Almaniya Kubokunun sahibi olub.
