Azərbaycanda avtomobil benzini istehsalı artıb

Energetika Materials 23 May 2026 16:58 (UTC +04:00)
Azərbaycanda avtomobil benzini istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 480,7 min ton avtomobil benzini istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,3 min ton və ya 13,3% çoxdur.

Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır avtomobil benzini ehtiyatı 44 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 607,0 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti