Bakı. Trend:
6 ayadək dövr ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə həmin dövr üzrə 37,1 mln. manat ödənilib.
Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edildikdə əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir. Qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Ötən dövrdə 60 mindən çox şəxs həmin ödənişlərlə təmin olunub.
Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki dövr üzrə ümumilikdə 37,1 mln. manat vəsait ödənilib.
