Bakı. Trend:
Ötən 1 sutka ərzində (22 may) İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları ilə koordinasiya nəticəsində Hörmüz boğazından 25 gəmi keçib.
Trend xəbər verir ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları məlumat yayıb.
Məlumata görə, keçən gəmilər, neft tankerləri, konteyner gəmiləri və başqa ticarət gəmiləri olub və gəmilərin təhlükəsizliyi təmin edilib.
“ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində Hörmüz boğazında yaranan qeyri-uyğun vəziyyətə baxmayaraq, SEPAH-ın Hərbi Dəniz Qoşunları Hörmüz boğazına nəzarəti həyata keçirməkdədir”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
