"Hizbullah" son 24 saat ərzində İsrailə qarşı 28 əməliyyat keçirdiyini açıqladı

Dünya xəbərləri Materials 25 May 2026 07:48 (UTC +04:00)

Bakı. Trend:

“Hizbullah” silahlı qruplaşması bildirib ki, onun döyüşçüləri qarşı tərəfin atəşkəs rejimini pozmasına cavab olaraq sutka ərzində İsrail qoşunlarına qarşı 28 silahlı əməliyyat həyata keçiriblər.

Trend-in məlumatına görə, bu barədə “Hizbullah” “Telegram” kanalında bildirib.

"İslam müqaviməti dəstələri Livan ərazisində fəaliyyət göstərən işğalçı qüvvələrə qarşı 28 əməliyyat keçirib. Əməliyyatlar zamanı onlar iki dəfə Bint-Cübeyl bölgəsinin Dibl qəsəbəsində yerləşən 401-ci zirehli briqadanın qərargahını, həmçinin Deyr-Siryan, Əl-Bəyyad və Əl-Kouzahda düşmən əsgərlərinin komanda məntəqələrini və cəmləşdiyi əraziləri atəşə tutublar", - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, döyüşçülər Səidə və Nabatieh arasında kəşfiyyat uçuşları həyata keçirən İsrailə məxsus Hermes 450 pilotsuz uçuş aparatına zenit raketi atılıb və onu sərhədə qayıtmağa məcbur edib.

Xəbər lenti

Xəbər lenti