Bakı.Trend:
Türkiyədə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyat nəticəsində qırmızı bülletenlə axtarışda olan 10 İŞİD üzvü saxlanılaraq Türkiyəyə gətirilib. Şübhəlilərdən 9-u həbs olunub, bir nəfərin isə həbsi ilə bağlı müvafiq prosedurların davam etdiyi bildirilib.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Saxlanılan terrorçular arasında olan Ömər Deniz Dündarın 2015-ci ildə 109 nəfərin həyatını itirdiyi Ankara Vağzalı terror aktının icraçıları ilə əlaqəli olduğu üzə çıxıb.
Bundan əlavə, 2017-ci ildə Türkiyədə keçirilən əməliyyatlar zamanı zərərsizləşdirilən kamikadzelərin partlayıcı qurğularında aparılan barmaq izi ekspertizası zamanı da Ömər Deniz Dündara məxsus izlərin aşkarlandığı bildirilib.
