Azərbaycanda ağ neft istehsalının həcmi bəlli oldu

İqtisadiyyat Materials 23 May 2026 13:00 (UTC +04:00)
Azərbaycanda ağ neft istehsalının həcmi bəlli oldu
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 164,2 min ton ağ neft istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31,8 min ton və ya 16,2% azdır.

Bu ilin mayın 1-i vəziyyətinə ölkədə hazır ağ neft ehtiyatı 26,3 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 607,0 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti