Bakı.Trend:
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 4,365 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 7,923 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 198 milyon ABŞ dolları və ya 4,3 faiz azdır. Fiziki həcm baxımdan isə ixrac 281 min ton və ya 3,4 faiz azalıb.
Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.
Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.
