Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 23 May 2026 06:57 (UTC +04:00)
Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərində yerləşən gəmiqayırma zavodunda yanğın və partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə CBS şəhərin yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb.

Hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Yaralananlardan üç nəfərin vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Partlayışın səbəblərinin araşdırılması məqsədilə hadisə yerinə təhlükəli materiallar üzrə mütəxəssislər və Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti