Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Federal Ehtiyat Sisteminin (FES) yeni rəhbəri Kevin Uorş tam müstəqil şəkildə fəaliyyət göstərməli, hətta prezidentdən belə asılı olmamalıdır.
Trend xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə FES-in yeni sədrinin andiçmə mərasimi zamanı səsləndirib.
ABŞ prezidentinin sözlərinə görə, qurumun rəhbəri yalnız öz vəzifələrinin icrasına fokuslanmalı və siyasi rəhbərliyin təsiri altında olmamalıdır.
Xatırladaq ki, Tramp daha əvvəl keçmiş FES rəhbəri Cerom
Pauellin fəaliyyətini tənqid etmiş və əsas faiz dərəcəsinin
endirilməsinin vacibliyini qeyd etmişdi.