İsveçdə NATO-ya qarşı etiraz aksiyasında 20-ə yaxın fəal saxlanılıb

Dünya xəbərləri Materials 22 May 2026 22:30 (UTC +04:00)
İsveçdə NATO-ya qarşı etiraz aksiyasında 20-ə yaxın fəal saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsveçin Helsinborq şəhərində NATO-ya qarşı keçirilən etiraz aksiyasında 20-ə yaxın nümayişçi saxlanılıb.

Trend xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Məlumata görə, “ Shut Down NATO” (“NATO bağlansın”) hərəkatının fəalları Şimalı Atlantik alyansın XİN nazirlərinin zirvə görüşünün keçirildiyi şəhər mərkəzinə daxil olmağa çalışıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların üzərində axtarış həyata keçirib. Onlardan bir neçəsi saxıanılaraq polis avtobuslarına mindirilib.

Bundan əvvəl 150-ə yaxın etirazçı NATO sammitinin keçirildiyi məkandan 2 kilometr aralıda yerləşən Qustaf Adolf meydanına toplaşaraq aksiya keçirmişdi. Onlardan bəziləri maskalar və qara kapüşonlu geyimlər geyərək NATO əleyhinə şüarlar səsləndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti