Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi

Cəmiyyət Materials 22 May 2026 18:54 (UTC +04:00)
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Məcburi evdən çıxarma və məcburi köç monitorinqi üçün daimi çoxtərəfli mexanizmlərin yaradılması zəruridir.

Trend xəbər verir ki, bu barədə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekun sənədi olan "Bakı Fəaliyyətə Çağırış"da (Baku Call to Action) qeyd olunub.

Sənəddə vurğulanır ki, məcburi evdən çıxarılmalar və məcburi köç beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının kobud şəkildə pozulması hesab olunur, mənzil təhlükəsizliyini sarsıdır, dolanışıq mənbələrini məhv edir, iqlim böhranını dərinləşdirir, insan ləyaqətini alçaldır və çox vaxt lazımi təminatlar və alternativlər olmadan ictimai sistemləri zəiflədir.

“Biz məcburi evdən çıxarma və məcburi köçə qarşı müdafiənin gücləndirilməsinə çağırırıq. Buraya mənzil hüququnun təmin edilməsinə zəmanət verən hüquqi təminatlar, monitorinq mexanizmləri və preventiv yanaşmalar daxildir. Eyni zamanda, yerində modernləşdirməyə, icma iştirakına əsaslanan yanaşmalara, eləcə də köçürülmənin qarşısının alınmasının mümkün olmadığı hallarda adekvat kompensasiyaya və alternativ həllərə üstünlük verilməlidir. Parlament komitələri, dövlət qurumları, insan hüquqları institutları və beynəlxalq təşkilatlar Birləşmiş Millətlər Təşkilatının strukturlarının dəstəyi ilə hesabatlılığı gücləndirməli və məcburi evdən çıxarma və məcburi köç üzrə qlobal tendensiyaların monitorinqi, xəritələndirilməsi və onlara reaksiya verilməsi üçün daimi çoxtərəfli mexanizmlər yaratmalıdırlar”, - sənəddə bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti