ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 22 May 2026 19:21 (UTC +04:00)
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından və şəxsən öz adımdan 28 May – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gün böyük ölkənizin tarixində və Azərbaycan xalqının yaddaşında özünəməxsus yer tutur.

ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşları arasında görməkdən şərəf duyur. Zati-alinizin illər ərzində təşkilatımıza göstərdiyi davamlı dəstək və həyata keçirilən konstruktiv əməkdaşlıq bütün İslam dünyasında xüsusi rəğbətlə qarşılanır.

Bu bayram münasibətlə Zati-alinizə cansağlığı, tükənməz enerji, Azərbaycan xalqına isə firavanlıq və əldə olunan böyük nailiyyətlərlə hər zaman qürur duymağı arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbər lenti

Xəbər lenti