Mançester Yunayted ulduz futbolçu ilə yeni müqavilə imzaladı

İdman Materials 22 May 2026 21:00 (UTC +04:00)
Mançester Yunayted ulduz futbolçu ilə yeni müqavilə imzaladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Mançester Yunayted” komandanın müvəqqəti baş məşqçisi Maykl Kerriklə bağlı qərarını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Mançester Yunayted” Kerrikin gəlişindən sonra böyük irəliləyişə nail olub. Komanda onun rəhbərliyi altında Premyer Liqada üçüncü sıraya yüksəlib. “Qırmızı şeytanlar” yeni mövsümdə Çempionlar Liqasında iştirak edəcək. "Mançester Yunayted" son dəfə Çempionlar Liqasında 2023/2024 mövsümündə iştirak edib.

Xəbər lenti

Xəbər lenti