Pentaqon UNO barədə yeni sənədlər toplusunu ictimaiyyətə açıqlayıb

Dünya xəbərləri Materials 23 May 2026 03:39 (UTC +04:00)
Pentaqon UNO barədə yeni sənədlər toplusunu ictimaiyyətə açıqlayıb

Bakı. Trend:

Pentaqon uçan naməlum obyektlər (UNO) barədə əvvəllər məxfi saxlanılan yeni sənədlər toplusunu ictimaiyyətə açıqlayıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, "naməlum anomaliya hadisələri" kimi tanınan sənədlər, foto və videolar uzun illərdir müxtəlif spekulyasiyalara səbəb olur.

Açıqlanan 222 sənəddən biri 1948-1950-ci illər arasında Nyu-Meksiko ştatında yerləşən məxfi obyektlə bağlı 116 səhifəlik hesabatdan ibarətdir. Orada bir sıra UNO müşahidələri və araşdırmalar sənədləşdirilib.

Xəbər lenti

Xəbər lenti