Braziliya millisinin üzvü "Mançester Yunayted"ə keçir

İdman Materials 23 May 2026 04:23 (UTC +04:00)
Braziliya millisinin üzvü "Mançester Yunayted"ə keçir

Bakı. Trend:

"Atalanta"nın yarımmüdafiəçisi Ederson "Mançester Yunayted"ə keçməyə yaxındır.

Trend xəbər verir ki, klublar braziliyalı futbolçunun transferi ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə ediblər. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər yaxın vaxtlarda tam razılığa gələ bilərlər. Hər şey bu transferin uğurla baş tutacağını göstərir.

Bu keçid "qırmızı şeytanlar"a 45 milyon avroya başa gələcək. 26 yaşlı futbolçu mankunianlılarla illik 5 milyon avro maaşla 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Ederson cari mövsümdə "Atalanta"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti