Bakı. Trend:
Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 20362 doğulan körpə qeydə alınıb.
Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,8-dən 8,0-a düşüb.
Doğulan körpələrin 53,8 faizi oğlan uşaqları, 46,2 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 698-i əkiz, 27-si isə üçəmdir.
