Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 milyard 527,6 milyon kilovat-saat (kVt/saat) elektrik enerjisi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci eyni aylarındakı göstərici ilə müqayisədə 262,2 milyon kVt/saat və ya 3% azdır.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 8 milyard 273,6 milyon kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə 211,8 milyon kVt/saat və ya 2,5% azalma deməkdir.
Ümumilikdə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar-aprel aylarında 1 milyard 322,7 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 201 milyon manat təşkil edib.
