Azərbaycanda meşələrə nəzarət üçün dronlardan istifadə ediləcək

Cəmiyyət Materials 23 May 2026 12:50 (UTC +04:00)
Azərbaycanda meşələrə nəzarət üçün dronlardan istifadə ediləcək
Elvin Əhmədov
Elvin Əhmədov
Bütün xəbərlər

Bakı. Trend:

Meşələrdə qanunsuz ağac kəsimlərinin qarşısının alınması məqsədilə yeni nəzarət mexanizmləri tətbiq olunur. İlkin mərhələdə müxtəlif bölgələrdə riskli ərazilərdə dron müşahidələri həyata keçiriləcək.

Bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Trend Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.

Nazir əlavə edib ki, ilin sonuna qədər müəyyən ərazilərdə, əsasən risk zonalarında, kameraların quraşdırılması və görüntülərin onlayn yayımlanması təmin olunacaq:

"Bu gün biz müasir texnologiyalardan istifadə etməyə qərar verdik. Bu həm də dronların alınmasını nəzərdə tutur. Artıq müqavilələr bağlanıb və ilk dronlarımız yaxın vaxtlarda tətbiq olunacaq. Süni intellekt əsaslı platformalar üzərindən bu işin təşkilini planlaşdırırıq.

Yeni sistemdə çəkilən görüntülər elektron sistem vasitəsilə müqayisə ediləcək və qanunsuz ağac kəsimi və ya digər dəyişikliklər aşkarlandıqda aidiyyəti qurumlar dərhal məlumatlandırılacaq. Bu, operativ müdaxilələr üçün zəmin yaradacaq.

İlkin mərhələdə İsmayıllı meşələri, zəngin təbiəti ilə seçilən ərazilər seçilib. Uğurlu nəticələr əldə edildikdən sonra digər ərazilərdə də bu işlər təşkil olunacaq," – deyə nazir bildirib.

Qeyd edək ki, geniş müsahibə bu gün 18:00-da Trend Beynəlxalq İnformasiya Agentliyində və ARB24 kanalında yayımlanacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti